“B.B.W.” turnirinin qalibləri müəyyənləşdi

0
796

Nərimanov rayonunda “Sağlam gələcək naminə narkomaniyaya YOX deyək, idmanla məşğul olaq!” devizi altında gənclər arasında krossfit idman növləri üzrə turnir keçirilib.
25 dekabr 2021-ci il tarixdə Nərimanov Rayonu Gənclər və İdman İdarəsi, Əməkdar məşqçi Habil Hümbətov 888 Boks və Döyüş Növləri kulubu, Məşqçi Babayev Emin (Chagaev) – Evolutiom gym idman kulubu, Məşqçi Eynullayev İmanın – Marafon idman kulubu müştərək təşəbbüsü və əmaktaşlığı ilə 888 Boxing Clubda həyata keçirildi. Yarışlara 12 yaşdan yuxarı istənilən idman sahəsindən eləcə də idmanla məşğul olmayan qızlar və oğlanlar tam ödənişsiz qoşulmuşdular.
“Sağlam gələcək naminə narkomaniyaya YOX deyək, idmanla məşğul olaq!” devizi altında gənclər arasında “B.B.W.” (box jump over, burpee, wall ball) turniri keçirilib.


Turnirin açılış tədbirində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “888 Boxing” Clubunun təsisçisi, əməkdar məşqçi Habil Hümbətov, məşqçilər Emin Babayev, İman Eynullayev və 72 nəfər idmançı iştirak etmişdir.
İlk öncə Azərbaycanımızın🇦🇿 azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan🇦🇿 Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Açılış tədbirində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “888 Boxing” Clubunun təsisçisi, əməkdar məşqçi Habil Hümbətov, məşqçilər Emin Babayev və İman Eynullayev tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının🇦🇿 Həmrəyliyi Günü və Yeni il🎄 münasibətilə təbrik etmiş, bütün idmançılara uğurlar arzulamışlar. Natiqlər qeyd etmişlər ki, yarış yeniyetmə, gənclərin vəböyüklərin fiziki və psixoloji sağlamlığı üçün zərərli vərdişlərdən, xüsusi ilə də narkomaniyadan uzaq durmaları və idmançı karyerasına cəlb edilməsi naminə həyata keçirildi.

Turnirdə qalibləri.

18 yaşadək oğlanlar arasında:

🔹️🥇I yer Səfərli Elmir
🔹️🥈II yer Yağnalıyev Fərid
🔹️🥉III yer Nuriyev Elsevər
🔹️🥉III yer Əsgərov Samir

18 yaşdan yuxarı oğlanlar arasında:

🔹️🥇I yer Mustafayev Cabbar
🔹️🥈II yeri Hüseynov Ariz
🔹️🥉III yeri Əmralıyev Rəşad
🔹️🥉III yer Abidov Nicat

Qızlar arasında:

🔸️🥇I yeri Məmmədova Elnurə
🔸️🥈II yeri Hümbətova Mələk
🔸️🥉III yeri Aysu Devrişova

Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal🥇🥈🥉, kubok🏆, hədiyyələr🎁 və pul💵 mükafatı ilə təltif olunmuşlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here