Boks,Kikboks,Budo Free-Contakt növündə Məşqçi,888 boxing klubunun Prezdenti Habil Hümbətov.
Həyatı
Hümbətov Habil Abbasqulu oğlu 20.10.1985-ci ildə İsmayıllı rayonunun Qoşakənd kəndində anadan olmuşdur. İbtidai təhsilini Şabran rayonunun Konustusiya kəndində almışdır. 1996-cı ildə atası vəfat etdikdən sonra 11 yaşında Bakıya gəlmişdir. Burada o, Nərimanov rayonunda böyük qardaş və bacıları ilə birlikdə yaşamağa başlayır. Orta məktəb təhsilini isə Bakı şəhəri Nərimanov Rayonu 177 nömrəli məktəbdə almışdır.
Karyerası
Onun idman karyerası 1996-cı ildən başlayır. Belə ki, Habil Hümbətov həmin il idmanın karate növü ilə məşğul olmağa başlamışdır, bir müddət sonra Mike Tysona olan marağı Boksu ona sevdirib və böyük qardaşı Rəhman Hümbətovun məsləhəti ilə boksa əməkdar məşqçi Nəriman Abdullayev ilə birlikdə başlamağı qərarlaşdırmışdır. Orta məktəbdə oxuduğu dövrdə Boks və “Hərbi şahin” idman oyunlarında iştirak edib bir çox uğurlar əldə etmişdir. Hərbi Şahin idman oyunlarındakı xüsusi iştirakına görə Nərimanov, Bakı və Azərbaycan birinciliklərində nəticələr əldə edib. 2003-cü il orta məktəbi bitirdiyi vaxt isə anası vəfat edir. 17 yaşlı Habil Hümbətov bu çətin vaxtlarda qardaşlarının və bacılarının dəstəyi ilə idmana daha çox bağlanır və həmin il Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman akademiyasına daxil olur. 4 il universitetdə oxuduğu dövrdə Boksdan bir çox yarışlarda uğurlar əldə etmişdir. Klublararası, Süleyman Süleymanovun şərəfinə keçirilən yarışlarda, Abbas Ağalarov adına Beynəlxalq Turnir, Heydər Əliyev adına Beynəlxalq Turnir, Bakı birinciliyi və Azərbaycan birinciliyində nailiyyətləri vardır. 2007-ci ildə Akademiyanı bitirdikdən sonra həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasının N saylı Daxili Qoşunlarında Hərbi xidmət etmişdir. Xidmətdə olduğu müddət Nizam-intizama görə hərbi hissə komandirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Hərbçilər arasında keçirilən əlbəyaxa döyüş növlərindən də çempion olub. 2008-ci ildə Hərbi Xidməti başa vurmuş, 2009-cu ildə “Zenit” idman mərkəzində Boks idman növündən məşqçi kimi fəaliyyətə başlamışdır. 2014-cü ildə ailə qurmuş hal-hazırda 2 övladı-bir qızı və bir oğlu var.
2015-ci ildə Türkiyənin Antalya şəhərində “World Original Persian Sports Federation”-un keçirdiyi yarışda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür. Bakıya qayıtdıqdan sonra “BUDO Döyüş Növləri Federasiyası” ilə Əməkdaşlığa başlamışdır. Həm özü yarışlarda iştirak etmiş, həm də tələbələrini yarışlara çıxartmışdır. Azərbaycan, Avropa, Dünya, Dünya kubokunda çempion olmuş və 2016-cı ildə Free Kontakt qaydası üzrə dünya kəmərinin sahibi olmuşdur.
“H.H Boks və Döyüş Növləri Kulubu”
14 Avqust 2016-cı ildə Əməkdar Məşqçi Habil Hümbətovun təşəbbüsü ilə “H.H Boks və Döyüş Növləri Klubu” təsis edilmişdir. Elə həmin ildən bu günə qədər “H.H Boks və Döyüş Növləri Klubu”nun Boks, Kikboksinq, Free Kontakt növləri üzrə müxtəlif yerli və beynəlxalq turnirlərdə fəal iştirak etmişdir. Klubun yaradılmasında məqsəd Boks, Kikboksinq və Free Kontakt kimi idman növlərinin ölkəmizdə təbliği ilə yanaşı inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmaçıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edərək bayrağımızı zirvələrə qaldırmaqdır. Klubun yetişdirdiyi idmançılar vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclərdir.
Yetişdirdiyi tələbələrdən Azərbaycan Beynəlxalq Turnir, Avrop, Asiya, Dünya, Dünya Kuboku və Dünya Kəmərinin sahibi olanlar:
1. Kamal Şəmşiyev
2. Mələk Hümbətova
3. İsmayıl Devrişov
4. Vüsal Həsənov
5. Aysu Devrişova
6. Məhəmməd Məmmədov
7. Ayxan Namazov
8. Abbasqulu Hümbətov
9. İbrahim Məmmədov və s.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Dünya Budo Döyüş Növləri Federasiyası tərəfindən verilən mükafatlar:
1. İdman Ustası (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi)
2. Əməkdar İdman Ustası (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi)
3. Beynəlxalq dərəcəli idman ustası (Dünya BUDO Döyüş Növləri Federasiyası)
4. Əməkdar Məşqçi (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi)
5. Beynəlxalq dərəcəli Məşqçi (Dünya BUDO Döyüş Növləri Federasiyası)
6. Beynəlxalq dərəcəli 5-ci DAN qara Kəmər (Dünya BUDO Döyüş Növləri Federasiyası)
2018-ci ildə “Dünya Budo Döyüş növləri Federasiyası”nın prezidenti Eyyup Zafer Gökbilen tərəfindən ilin ən yaxşı Məşqçisi seçilib. 2019-cu ildə Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 2019-cu ildə Bakıda keçirilən Budo Dünya kubokunda “Dünya Budo Döyüş Növləri Federasiyası”nın Prezidenti Eyyub Zafer Gökbilen Tərəfindən Fəxri Fərman və Kubokla təltif olunub. 30.12.2019-cu ilin İl yekunlarında “Azərbaycan Budo Döyüş Növləri Federasiyası”nın Prezidenti Grandmaster Faiq Rafiyevin İlin fəal Məşqçisi fəxri diplomuna layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə polisinin Baş Mühafizə İdarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə polis alayında polis serjantı kimi xidmət edir. 2018-ci ildən DİN-in Polis akademiyasının Qiyabi Fakultəsində təhsil almağa başlayıb
Boks,Kikboks,Budo Free-Contakt növündə Məşqçi,888 boxing klubunun Prezdenti Habil Hümbətov.







