Mən, Engil Hümbətov Rəhman oğlu 11.04.2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. İbtidai təhsilimi 178 nömrəli orta məktəbdə, orta təhsilimi isə 291 nömrəli “Ekologiya” liseyində almışam. 2017-ci ildə eyniadlı liseyin məzunu olmuşam və həmin ildə də Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Hal hazırda universitetin 4-cü kurs tələbəsiyəm. Qeyri-peşəkar, həvəskar olaraq məşğul olduğum boks idman növünə isə 2009-cu ildə Əməkdar Məşqçi Habil Hümbətovun başçılığı altında başlamışam. Bakı şəhəri üzrə keçirilən “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin qalibi, “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin isə 2-ci yerinə layiq görülmüşəm və eyni zamanda “Sabahın alimləri” adlı beynəlxaq müsabiqənin iştirakçısı olmuşam.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here